14 Şubat 2016 Pazar

Şarl Kulon

Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736 − 23 avqust 1806) – fransız hərbi mühəndisi, fizika [[alim]i. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. Elektrik yükünün vahidi vəelektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılmışdır.

Tərcümeyi halı

Şarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, dövlət məmuru ailəsində anadan olmuşdur. Saray əyanları üçün nəzərəd tutulan, o dövrün ən tanınmış məktəbində "Dörd millət kolleji"ndə ("Mazarani" kolleji) təhsil almışdır. Bu məktəbi bitirdikdən sonra 1760-cı ilin fevralında imtahan verərək, XVIIIəsrin ən yaxşı məktəblərindən olan Mezyeredəki hərbi-müəndis məktəbinə daxil olur. Həmin məktbi 1761-ci ildə bitirir və leytenant rütbəsini alır. Bundan sonra o Brest şəhərinə göndərilir. Orada o kartoqrafik işlərlə məşğul olur. Sonra bir neçə il Kulon Fransaya mənsub olan, Martinka adalarında yerləşən hərbi-mühəndis hissələrdə xidmət edir. Bir neçə dəfə ağır xəstələnir. Sağlımlığına görə Franaya geri qayıdır və La-Roşelidə xidmət edir. 1781-ci ildə əsası olaraq Parisə gəlir və burada su və fontan layihlərinə rəhbərlik edir. Həmin ildə o Fransız elmlər akadmeiasına üzv seçilir. 1781-ci ildə inqilab başlayandan sonra o istefaya gedir və Bluaya öz malikanəsinə köçür və vaxtını sınaqlara həsr edir.
İnqialbdan sonra Elmlər akademiyası onu dəfələrlə Parisə ölçü və kütlələrin təyinində iştirak etməyə dəvət edir. Kulon milli instutut dyişən ilk üz olur. 1782-ci ildə o ictimai tiklilər üzrə inspektor təyin edilir. Amma hərbi xidmət zamanı aldığı sağlamlıq problemləri alimə bu işdə özünü göstrmyə imkan vermir.
Kulon 23 avqust 1806-cı ildə Parisdə vəfat edir. Onu adı Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən, Fransanın dahi alimləri siyahısna daxilib edilib.

Elmi fəaliyyəti

Hələ 1770-ci illərin əvvəllərində, Martinikidən qayıdanda, Kulon ativ olaraq elmi tədqiqat işləri ilə mə.ğu olmağa başlayır. O texnikimexanika haqqında elmi işlər çap etdirir (tiklilərin statikası, külək dəyirmanlarınınn nəzəriyyəsi, sapların burulmasının mexaniki aspektləri və s.). Kulon burulma qanununu formulə edir, o həmçinin sonradan elektrik və maqnit qüvvələrinin qarşılıqlı təsirini ölçmək üçün tətbiq etdiyi burulan tərəziləri ixtira edir.
1773-cü ildə o materila qoyulan normal gərginliyin qiymətindən asılı olaraq yaranan toxunan gərginlikləri təsvir edən,Mor-Kulon nəzəriyyəsinin əsası təsvir edən elmi işi işıq üçü görür. 1781-ci ildə sürüşmə və yırğalanma nəzəriyyəsini təsvir edir, və quru sürtünmənin tərifini verir. 1785-1789-cu illər arasında yedii meumar çap etdirir. Bu işlərində o elektrik yüklərinin və maqnit qütblərinin qarşılıqlı təsiri (Kulon qanunu), həmçinin naqilin səthində elektrik yüklrinin paylanma qanunauyğunluqlarını təsvir emişdir. Maqnit momenti və yüklərin qütbləşməsi mövhumunu elmə daxil etmişdir.

1 yorum: