7 Şubat 2016 Pazar

Mexaniki Hərəkət

Mexaniki hərəkət


Mexaniki hərəkət
Qravitasiya sahəsinin təsiri altında mexaniki hərəkət.
Mexaniki hərəkət — zaman keçdikcə cismin digər cisimlərə nəzərən fəzada vəziyyətinin dəyişməsidir. Hesablama cismi-elə cismı deyilir ki,hərəkətdə olan cismin hərəkəti ona nəzərən hesablanır. Hesablama sistemi-hesablama cismi,ona bağlanmış hesablama sistemi və vaxtı ölçən cihazdan ibarətdir.Mexanikanın əsas məsələsi-verilmiş başlanğıc şərtlər daxilinə hərəkətdə olan maddi nöqtən inistənilən t anında fəzada koordinatlarını təyin etməkdir. İrəliləmə hərəkəti -bütün nöqtələri eyni hərəkətdə olan cismin hərəkətidir.Maddi nöqtə-verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisimdir. Hərəkət trayektoriyası-hərəkət zamanı maddi nöqtənin cızdığı xəttə deyilir.

Yerdəyişmə

Yerdəyişmə hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yerdəyişmə vektorial kəmiyyətdir və BS-də ölçü vahidi metrdir,1m. Yerdəyişmənin modulu-irəliləmə hərəkətində gedilən yola bərabərdir,qalan bütün hallarda gedilən yol yerdəyişmənin modulundan böyük olur. Düzxətli bərabərsürətli hərəkət-istənilən bərabər zaman fasilələrində bərabər yerdəyişmələr icra edən cismin hərəkətinə deyilir. Sürət-yerdəyişmənin dəyişmə yeyinliyini xarakterizə edən fiziki kəmiyyətə deyilir,v=s/t. Sürət vektorial kəmiyyətdir və BS-də ölçü vahidi m\san-dir. Təcil-ədədi qiymətcə vahid zamandakı sürət dəyişməsinə bərabər olan fiziki kəmiyyətdir.Təcil vektorial kəmiyyətdir və BS- də ölçü vahidi 1m\san2

Çevrə üzrə bərabərsürətli hərəkət

Çevrə üzrə bərabərsürətli hərəkət — sürətinin modulu çevrənin bütün nöqtələrində eyni olan hərəkətlir. Bucaq sürəti-radiusun dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbətinə deyilir, ω=φ/t. Burada ω bucaq sürətidir və ölçü vahidi 1 rad/san-dir. Radian-qövsünün uzunluğu radiusa bərabər olan mərkəzi bucağa deyilir və BS-də bucaq vahidi olaraq götürülür, (1rad). BS-də bucaq sürəti vahidi - 1san-də 1 rad bucaq qədər dönən çevrə üzrə bərabərsürətli hərəkətin sürəti götürülür.
Dövretmə periodu (T) - cismin çevrə üzrə tam bir dövrünə sərf olunan zamandır və ölçü vahidi 1 san-dir. Dövretmə tezliyi - vahid zamandakı dövrlərin sayıdır və BS-də ölçü vahidi 1/san-dir. Xətti sürət - cismin çevrə üzrə hərəkət sürətidir. Xətti sürət modulca sabit olub, istiqamətcə daim dəyişir və istənilən nöqtədə çevrəyə toxunan istiqamətdə yönəlir,υ=2Πr/T. Yəni, bucaq sürəti bucaq sürəti ilə çevrənin radiusu hasilinə bərabərdir υ=ωr. Mərkəzəqaçma təcili - radius boyunca çevrənin mərkəzinə doğru yönəlmiş təcildir və modulu ɑ=υ2/r və ya ɑ=ω2r. Əgər sürətin modulu dəyişərsə sürətə perpendikulyar olan təcillə yanaşı tangensial təcil də yaranır.

Hiç yorum yok:

Yorum Gönder