Miletli Fales
Miletli Fales | |
Yunan dilində: Θαλῆς ὁ Μιλήσιος | |
![]() | |
Doğum tarixi: | E.ə. 640 - e.ə. 625 |
---|---|
Doğum yeri: | Milet |
Vəfatı: | E.ə. 548 - 545 |
Vəfat yeri: | Milet |
Elm sahəsi: | fəlsəfə, həndəsə, astronomiya |
Tanınmış yetirmələri: | Anaksimandr, Anaksimen |
Miletli Fales (Yunan dilində: Θαλῆς ὁ Μιλήσιος, 640/624 — 548/545 E.ə.) Qədim Yunanıstanda ilk filosof və riyaziyyat, fizika, astronomiya üzrə alim[1]. Milet məktəbinin banisi. Yunan fəlsəfəsinin banisi olan Fales məşhur "Yunanıstanın yeddi müdriyi"siyahıhısında ilk yeri tutan mütəffəkkirdir.
Fales hər şeyin mayedən təşkil olduğuna inanır və ilkin maddənin su olduğunu bildirirdi.
Miletli Fales ilə Sokrat (E.ə. 469-399) arasında az qala iki əsr keçsə də, fəlsəfədə onlar arasında təlimləri ilə bir-birindən bəzən seçilməyən ən çoxu 10-15 mütəfəkkir mövcuddur. Onların heç biri fəlsəfədə və tarixdə Sokrat qədər məşhur sima, həm də Sokratqədər xalis filosof olmasalar da, bəşəriyyətin intellektual-mənəvi həyatının zirvə sahəsi olan fəlsəfəni yaradanlardır və bəzilərinin misilsiz uğurları indi də hər kəsi heyrətləndirə bilər.
İlk yunan filosofu Fales həm də alim idi. Həndəsədə adına çıxılan bir çox teoremləri və ölçmələri, o, misirlilərdən və babilistanlılardan əxz etmişdi. Lakin özünün də bir çox tapıntıları vardı: məsələn, sahildən dənizdə üzən gəmiyə qədərki məsafəni oradakı iki müxtəlif məntəqədən müşahidə aparmaqla ölçmək.
Bioqrafiya
Falesin əslən haralı olması bir qədər mübahisə doğurur. Belə ki, onun yunan olmadığını və Finikiyada doğulması ilə bağlı iddialar mövcuddur.
Deyilənlərə görə tacir olan Fales səyahətlər edirmiş. O, bir müddət Misirdə yaşamış, kahinlərdən bir çox təbiət sirlərini öyrənmişdir. Məhz o "həndəsə" elmini Misirdən Yunanıstana gətirib yunanları onunla tanış etmişdir.
Milet məktəbi.
Anaksimandr və Anaksimen onun tələbələri olublar. Onlar Falesin yaratdığı milet (ion) məktəbinin ən görkəmli nümayəndələri idilər.
Fales ideyası
Fales fəlsəfə üçün çox böyük əhəmiyyəti olan bir ideya irəli sürdü. O, hər şeyin sudan yarandığını dedi. Bu fikir indi çoxlarına gülməli də görünə bilər. Lakin Fales bu fikirlə ilkin substansiya anlamını və ideyasını yaratdı. Bununla bütün hər şeyi əhatə edən vahid baxışla dünyanın izah edilməsinə maraq oyatdı. "Bütün şeylər Allahla doludur" – deməklə Falesin dünyanın konseptual izahına cəhdləri dönülməz bir prosesə çevirdiyini iddia etsək, səhv etmərik.
Əsərləri
Falesin əsərləri dövrümüzə gəlib çatmasa da, iki əsərin ona məxsus olduğu ehtimal edilir: "Gün dönümü haqqında" (Περὶ τροπὴς) və "Gecə-gündüzün bərabərliyi haqqında"(Περὶ ἰσημερίας).
Falesin hekzametrlə yazdığı 200-ə yaxın şeirinin olduğu da ehtimal edilir.
Sitatlar
- Falesdən soruşublar:
- Dünyada ən çətin şey nədir?
- Özünü bilmək (tanımaq).
- Bəs ən asan şey nədir?
- Başqasına məsləhət vermək.
- Pislər hər yerdə çoxluq təşkil edir.
Hiç yorum yok:
Yorum Gönder